Planet Industrial L3 IGS-6325-8UP2S2X switch, xüsusi olaraq sənaye üçün hazırlanmış yüksək performanslı bir şəbəkə switchidir. Bu, switch Planet Sənaye seriyasının bir hissəsi olub çətin şərtlərdə nümayiş etdirdiyi sağlamlığı və etibarlılığı ilə tanınır. Switchin “L3” funksiyasının olması, əsas switch funksiyalarının yanında irəli səviyə yönləndirmə imkanlarını dəstəklədiyini göstərir.Eyni zamanda PoE(Power over Ethernet)++ texnologiyasına sahib olmasıyla bərabər zaman və maddiyat cəhətdən daha uyğun bir istifadə təklif edir.
Planet Industrial L3 IGS-6325-8UP2S2X switchin təklif etdiyi əsas texnologiya və funksionallıqlar bunlardır:
-Fiziki port konfigurasiyası
-Sənaye səviyyəli dizayn
-Digital giriş və çıxış(I/O)
-PoE++ texnologiyası dəstəyi
-Layer 3 yönləndirmə texnologiyaları
-“Quality of service”
-Təhlükəsizlik xüsusiyyətləri
-İdarəetmə və nəzarət
1.Fiziki port konfiqurasiyası:
Switch, yüksək sürətli cihaz əlaqələri üçün 8 Gigabit Ethernet portu təklif edir. Bundan əlavə, yüksək bant genişliyi ilə bağlantı yaratma imkanını təmin etmək üçün iki 10G SFP+ yuvası mövcuddur.Switchimizin “8UP2S2X” adlandırılmasının səbəbi, switch-in səkkiz PoE+ portunun, iki 10G SFP+ yuvasının və iki 10GBase-T portunun olmasına görədir.
2.Sənaye səviyyəli dizayn:
Bu switch, sənaye mühitlərində müşahidə olunan ekstrem temperaturlar, nəmlilik, vibrasiyalar və elektrik gürültüsünə(electrical noise) qarşı davamlıdır. Planet İndustrial seriyasının bir hissəsi olan bu switch, çətin şəraitlərdə sağlam və etibarlı şəbəkə əlaqələrini təmin etmək üçün istifadə olunur.
3.Digital giriş və çıxış(I/O):
Switch-in rəqəmsal giriş və çıxış portları mövcuddur ki, bu portlar sənaye mühitləri üçün əlavə funksionalıq təmin edir:
Rəqəmsal Giriş: Switch, ətraf cihazların və ya sensorların rəqəmsal müraciətini switchə göndərə bilən 2 ədəd rəqəmsal giriş portu ilə təchiz olunmuşdur. Bu girişlər, alınan müraciətlərə əsasən xüsusi fəaliyyətləri və hadisələri tətikləmək kimi müxtəlif məqsədlər üçün istifadə edilə bilər. Bu girişlər switchin ətraf mühitlə əlaqə yaratmasını və uyğun reaksiya verməsini təmin edir.
Rəqəmsal Çıxış: Switch, ayrıca 2 ədəd rəqəmsal çıxış portuna da malikdir ki, bu portlar rəqəmsal müraciətləri ətraf cihazlara və avadanlıqlara göndərə bilir. Bu çıxışlar, switchin istifadə edildiyi şərtlərə və hadisələrə əsasən nəzarət edilə bilinir.Eyni zamanda bu 2 çıxış portu switchin sənaye mühitində digər cihazlar və sistemlərlə əlaqə yaratmaq və onları idarə etmək imkanı yaradır.
4.PoE++ texnologiyası dəstəyi:
Switch, 802.3at PoE+ standartını dəstəkləyir və bu sayədə PoE-dəstəkli cihazlara, məsələn, IP kameralar, naqilsiz giriş nöqtələri(Wireless Access Points)və VoIP telefonlarına güc və məlumat dəstəyi təşkil edə bilir. Bu xüsusiyyəti müstəqil güc təchizatlarının tələbini aradan qaldırır və quraşdırma prosesini sadələşdirir.
5.Layer 3 yönləndirmə texnologiyaları:
IGS-6325-8UP2S2X, statik yönləndirmə və OSPF (Open Shortest Path First) kimi dinamik yönləndirmə protokollarını dəstəkləyərək Layer 3 yönləndirmə funksiyalarını təmin edir. Bu, fərqli alt-şəbəkə(subnets) və VLAN-lar arasında şəbəkə trafikinin effektiv yönləndirilməsinə imkan verir.
6.Xidmət keyfiyyəti(QoS):
QoS imkanları ilə switch, öncədən təyin edilmiş qaydalar əsasında şəbəkə trafikini prioritetinə əsasən sıralayır. Bu, kritik tətbiqlərin və ya cihazların daha yüksək prioritet və bant genişliyi almasını təmin edərək daha axıcı performansa və daha az gecikməyə sahib olmasına gəlib çıxardır.
7.Təhlükəsizlik xüsusiyyətləri:
Switch, şəbəkəyə icazəsiz girişi və potensial təhlükələri qarşısını almaq üçün irəli səviyyə təhlükəsizlik xüsusiyyətlərini də əhatə edir. İdarəçilərə şəbəkə giriş siyasətlərini təyin etmək və yerinə yetirmək imkanı verən Access Control List(ACL) dəstəkləyir. Bundan başqa, DHCP nəzarət və IP-MAC-Port bağlama kimi xüsusiyyətlər, icazəsiz IP ünvan təyinatını və MAC spoofingi qarşısını almaqla şəbəkə təhlükəsizliyini artırır.
8.İdarəetmə və nəzarət:
Switch, şəbəkə administratorları üçün geniş idarəetmə seçimləri təqdim edir. Konsol, Telnet, SSH və veb üzərindən idarəetmə kimi müxtəlif idarəetmə interfeyslərini dəstəkləyir, beləliklə switchin rahat konfiqurasiya və nəzarəti mümkün hala gəlir.Switchdə SNMP (Sadə Şəbəkə İdarəetmə Protokolu) dəstəyi mövcuddur,beləcə mərkəzləşdirilmiş şəbəkə idarəetməsinə və nəzarətə imkan verir.
Ümumi olaraq, Planet Industrial L3 switch IGS-6325-8UP2S2X, sənaye mühitlərinin xüsusi tələblərini qarşılayan sərtlik, inkişaf etmiş funksionallıq və etibarlı performansı birləşdirir. Bu switch, nəzarətsiz əlaqələri, şəbəkənin fleksibl olmasını və təhlükəsizliyin artırılmasını təmin edir, buna görə də dayanıqlılıq və yüksək performanslı şəbəkələrin vacib olduğu sənaye tətbiqləri üçün ideal bir seçimdir.