Pulsar Measurement su, tullantı suları və sənaye sahələri üçün ultrasəs səviyyə radioötürücülərinin də daxil olduğu səviyyə və həcm monitorinq alətləri, açıq kanal axın ölçmə alətləri, xamıt ilə bərkidilmiş boru axını ölçmə alətləri, lil səthinin ölçülməsi və nasoslara nəzarət cihazları üzrə istehsalçı və təchizatçıdır. Pulsar Measurement çirkab sular, sənaye və ətraf mühit bazarları üçün ultrasəs cihazlarında dünya lideridir.
1997-ci ildə əsası qoyulan Pulsar, təmassız ölçmə alətləri üzrə dünyanın aparıcı mütəxəssislərindən birinə çevrilib. Exo emal texnologiyasında irəliyə doğru böyük bir addım ataraq, Pulsar əvvəllər ultrasəs səviyyə ölçülmə çərçivəsindən kənarda olduğu düşünülən tətbiqləri həll edə bildi və elektrik səs-küyünə qarşı müqaviməti artırdı. Beləliklə, ölçmə həlləri üçün tətbiqlərin sayını genişləndirdi.
Pulsar-ın mükafatlara layiq görülmüş məhsulları etibarlılığı və asan menyu əsasında quraşdırılması sayəsində bütün dünyada üstünlük təşkil edir. Pulsarın məhsul çeşidləri tək nöqtəli ölçmə qurğularından rəqəmsal rabitə və ölçmə səviyyələri ilə mürəkkəb çoxnöqtəli tətbiqlərə qədər geniş alternativlər təmin etmək üçün nəzərdə tutulmuşdur.

Su və Tullantı su

Suvarma

Ətraf-mühit

Qida və İçki

Neft

Filiz və Mədən
Axın
Suyolu ya da bəndli(-siz), açıq kanal ya da tam dolu boru, təmaslı ya da təmassız axının ölçülməsi.
Səviyyə
Sənaye əsaslı texnologiyası ilə tətbiqinə uyğun səviyyənin ölçülməsi
Həcm
Öncədən proqramlanmış çən formaları ya da tətbiqə uyğun forma ilə həcmin ölçülməsi

Pulsar Measurement-in həmçinin bütün dünyada müştəri dəstəyi və məhsullarının əlçatanlığını təmin edə bilən nümayəndələr və distribyutorlar şəbəkəsi var.
Techtonas MMC Azərbaycan, Türkmənistan və Gürcüstan bazarlarında Pulsar Measurement məhsullarının idxalçısıdır. Yüksək keyfiyyətli mütəxəssislərimiz məhsulların layihələndirilməsi, quraşdırılması və sazlanması mövzularında hər zaman xidmətinizdədir.