PLANET Long Reach PoE Həlli, müəssisələr və şəbəkə xidməti təminatçılarına IP infrastrukturu qurmaq üçün genişlənmiş məsafədə məlumat və enerji ötürmə imkanı yaradır. Bu həll, 802.3af/at PoE funksiyasına uyğun işləyən cihazlara həm məlumat, həm də enerji çatdırmaq üçün PLANET açarları, PLANET LRP genişləndiriciləri və enjektorlarından istifadə edir. Beləliklə, normalda 100 metr məsafə ilə məhdudlaşan PoE texnologiyası bu həll ilə daha uzaq məsafələrə çatdırıla bilir.
PLANET LRP-1622CS, koaksial əsaslı şəbəkələr üçün nəzərdə tutulmuş Çoxkanallı Long Reach PoE Switch-dir. Bu cihaz, mövcud koaksial kabellər üzərindən 1 kilometrə qədər Ethernet və PoE şəbəkəsini genişləndirir və çoxsaylı PoE uyğun cihazlara qoşulma imkanı verir.
Əsas xüsusiyyətləri:
- 16 BNC portu: Hər biri 36 vatt güc təmin edir və ümumi güc büdcəsi 440 vattdır.
- 2 Gigabit mis port.
- 2 əlavə 100/1000BASE-X SFP fiber yuvası.
- IPv6/IPv4 ikili yığın idarəetməsi və daxili L2/L4 Gigabit Kommutasiya mühərriki.
- Long Reach PoE Enjektor funksiyası.
LRP-1622CS, mövcud koaksial kabel infrastrukturunu analoq sistemdən HD IP nəzarət sisteminə təkmilləşdirmək üçün sürətli, təhlükəsiz və sərfəli PoE şəbəkə həllini təqdim edir. Bu cihaz, ağıllı PoE funksiyaları ilə kritik tətbiqlərin əlçatanlığını və etibarlılığını artırır.
PLANET LRP-1622CS, mərkəzdən idarə oluna bilən 440 vattlıq PoE büdcəsi ilə əlavə uzaq sahə enerjisinə ehtiyacı aradan qaldırır. Bu sistem bir enerji mənbəyindən həm LRP genişləndiricilərinə, həm də uzaq məsafədə PoE ilə işləyən cihazlara enerji verməyə imkan yaradır.
Long Reach PoE imkanları sayəsində elektrik çıxışı yerlərinin məhdudiyyətləri aradan qaldırılır, bu da öz növbəsində şəbəkə cihazlarının quraşdırma vaxtını və yerləşdirmə xərclərini azaltmağa kömək edir. Nəticədə, şəbəkə cihazlarının daha sürətli və sərfəli şəkildə yerləşdirilməsi mümkün olur.
PLANET Long Reach PoE həlli, yüksək əlçatanlıq şəbəkə infrastrukturunda mərkəzdən idarə olunan İP kameralar üçün enerji sistemini asanlıqla qura bilir. Bu həll, istifadəçilərə hər port üçün dörd cihazı birləşdirmək üçün BNC T-konnektorundan istifadə etməklə kiçik şəbəkələri genişləndirmək imkanı verir. Beləliklə,LRP-1622CS,16BNC Long Reach PoE portuna malik olmaqla bərabər,həmçinin,hər bir portuna dörd cihaz qoşulma imkanı yaradır,bu da ümumilikdə 64İP kamera üçün dəstək deməkdir.
Bu xüsusiyyətlər, PLANET Long Reach PoE həllini mərkəzdən idarə olunan və genişlənə bilən İP kamera şəbəkəsi qurmaq üçün ideal edir.