PLANET ICA-3480F 4MP Tam Rəngli PoE IP Kamera 4 meqapiksel ayırdetmələrdə əla şəkil keyfiyyəti təqdim edir. ICA-3480F ağ işıq sönük olduqda belə yüksək keyfiyyətli rəngli təsvirlər çıxara bilir və gecə canlı rəng detallarını tutmağa imkan verir. Möhkəm IP67 standartlı metal korpusla təchiz olunub və -20 ilə 60 dərəcə temperatur aralığında işləyə bilir.Eyni zamanda istənilən ictimai yerlərdə, məsələn, binalar, bağlar, dayanacaqlar, bazarlar, dəmiryol stansiyaları və xəstəxanalar kimi asanlıqla quraşdırıla bilər. İstənilən çətin mühitdə yüksək səviyyədə etibarlılığı təmin edir. 

Məhsul yüksək güclülüyə malik unikal ağ LED ilə təchiz olunub ki, bu da gecə ətrafdakı işıq kifayət qədər olmadıqda infrared sistemini işə salır.LED işıq mənbəyi təxminən 25 metr məsafəyə dək tam rəng effektinə nail olur.Həmçinin  DWDR texnologiyası ilə müstəsna görüntü keyfiyyəti təqdim edir. Rəqəmsal WDR (DWDR) və 3-ölçülü Səs-küyün Azaldılması (3DNR) kimi güclü texnologiyalar ilə birlikdə ICA-3480F, obyekti əhatə edən intensiv işıqlandırmanı süzgəcdən keçirə və video siqnaldan səs-küyləri aradan qaldıra bilir. Bunun nəticəsində, istənilən çətin işıqlandırma şəraitində belə İCA-3480F vasiəsilə son dərəcə aydın və incə görüntü keyfiyyəti əldə edilə bilər. 

ICA-3480F kamera, H.264(+)/H.265(+) texnologiyası ilə daha yüksək və səmərəli yaddaşa qənaət funksiyasına malikdir. H.264-ün eyni görüntü keyfiyyəti H.265-in səviyyəsi ilə müqayisə edilərsə, H.265(+),bant genişliyinə təxminən 83% qənaət etməyə qadirdir, yəni H.264(+)/H.265(+) daha yüksək keyfiyyətli video təklif edir. 

ICA-3480F, nəzarət çevikliyini və hadisələrin idarə edilmə imkanlarını artırmaq üçün bir sıra qabaqcıl funksiyaları dəstəkləyir. Bu funksiyalara ROI (maraq bölgəsi), hərəkət aşkarlanması ,konfiqurasiya edilə bilinən PM(Privacy Mask) və videoya müdaxilə funksiyası daxildir. 

İstifadəçilərə daha yaxşı nəzarət etməyə imkan verən istifadəçi dostu GUI interfeysi ilə ICA-3480F IPv6, QoS və IEEE 802.1x funksiyalarını dəstəkləyir.Həmçinin, parol sıfırlaması və e-poçt şifrələmə protokolu üçün yeni əlavə edilmiş təhlükəsiz e-poçt ,son versiyalarda TLS-ni dəstəkləyə bilir. 

Şəbəkə kabeli üzərindən 802.3af/at PoE açarı və ya 802.3af/at PoE injektoru kimi PoE enerji mənbəyi avadanlığından enerji alan ICA-3480F, IEEE 802.3af standartını qəbul edərək, əlavə enerji kabellərinə və işçi qüvvəsinə ehtiyac duymur, beləliklə, yerləşdirmə çevikliyini və miqyasını artıraraq quraşdırma xərclərindən azad edir. ICA-3480F,ONVIF standartına uyğundur və bazardakı digər markalarla uyğun işləyir. Bu xüsusiyyət ICA-3480F’i daha etibarlı və yüksək performanslı nəzarət üçün ideal seçim edir. 

IP67 standartlı metal korpus,kamera korpusunu yağış və tozdan qoruyur və ekstremal hava şəraitində işləməsini təmin edir, bu da ICA-3480F’i binalar, yollar, dayanacaqlar, qarajlar, dəmiryol vağzalları və hava limanları kimi açıq havada istifadə üçün ideal həll edir.