PLANET ICF-1900 Yüksək dəqiqlikli və toxunaraq idarə oluna bilən rəngli ekrana malik SIP Konfrans Telefonu modellərindən biridir. ICF-1900 video konfrans telefonu istifadəçilər üçün daha ağıllı və hamar toxunma təcrübəsi təklif edir. Eyni zamanda Android 9.0 əməliyyat sistemi ilə təchiz olunmuşdur.
Audio və video proqramları ilə birləşdirilmiş ICF-1900 istifadəsi asan ,işgüzar video telefonudur.İstəyə bağlı olaraq 1080p USB kamerası olan 7 düymlük yüksək dəqiqlikli və sensorlu IP multimedia ilə təmin oluna bilən ICF-1900 telefonu, şəbəkə üzərində immersiv və yüksək keyfiyyətli danışıq təcrübəsi yaradır.İstifadəçilərə 3-tərəfli video konfrans və 5-tərəfli video/audio qarışıq konfrans ilə seçim şansı təqdim edir.
Gündəlik rabitəni daha ağıllı və sadə edən 7 düymlük rəngli sensor ekranda 112 tək toxunuşlu DSS düyməsi ilə 20-yə qədər SIP xətti, daxili Bluetooth 4.2 və 2.4G/5G simsiz rabitəyə malikdir. ICF-1900 eyni zamanda PoE funksiyasını dəstəkləyərək enerjiyə qənaət imkanı yaradır.
Təhlükəsiz səs keyfiyyətini asanlıqla təmin etmək üçün ICF-1900, qabaqcıl QoS (Xidmət Keyfiyyəti) və 802.1p VLAN standartından istifadə edir.
ICF-1900 cihazında səs təhlükəsizliyini artırmaq məqsədilə OpenVPN-dən istifadə olunur. SIP konfrans telefonu, VoIP infrastruktur provayderləri tərəfindən verilən avadanlıqlarla geniş şəkildə işləyə bilir. Bu, provayderlərə öz müştərilərinə daha yaxşı multimedia mübadiləsi xidmətləri göstərməyə imkan verir.
PLANET ICF-1900, asan istifadə və faydalı biznes xüsusiyyətləri ilə daha sürətli qərarlar qəbul etməyə, müştərilərlə əlaqəni yaxşılaşdırmağa, resursları artırmağa və məhsulları sürətli şəkildə bazara çıxarmağa kömək edir.